Şabranda yeni arxeoloji qazıntılar zamanı qədim şəhərin qalıqları aşkar edilib.
REAL TV-nin çəkiliş heyəti qazıntının aparıldığı ərazidə olub, arxeoloji qazıntılar zamanı şəhərin çay daşları ilə hörülmüş qala divarının kiçik bir hissəsini qeydə alıb.
Aşkar edilən yaşayış yerinin erkən tunc dövrünə aid olması bölgə üçün yenilik hesab olunur .
Qeyd edək ki, arxeoloji ekspedisiyanın rəhbəri Müzəffər Hüseynovdur.