Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərgi təşkil edilib.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Amir Textiles and Rugs”ın (“Oskouei” MMC) təşkilatçılığı, “bp-Azərbaycan”ın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə gerçəkləşib.
Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer tutur.
“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi 2025-ci il mayın 10-dək davam edəcək.
Mənbə: Medeniyyet.az/ REAL Tv