Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən “Dairəvi qala”nın dam hissəsi artıq tamamilə çöküb.
Məsələ ilə bağlı Lənkəran sakinləri tərəfindən Cenublu.az-a şikayətlər daxil olub.
Sayt yazır ki, problemi dəfələrlə işıqlandırıb, lakin məsələ neçə ildir ki, həllini tapmır.
Xatırladaq ki, “Dairəvi qala”nın bərpası üçün ötən ay maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, “Dairəvi qala” “Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. “Zindan qala” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.