COP29 tədbirindən sonra “Sovetski” və “Kubinka”da söküntü işlərinə başlanılacaq

Bakıda yeni söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərətəbəli binalar inşa olunacaq.

Mətbuatın yazdığına görə, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.

Əsas söküntü işləri Yasamal rayonu əhatə edəcək. Söhbət “Təzəpir” məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.

Belə ki, 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.

Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 bu məbləğ daha yüksək ola bilər.
1.11.2024