İçərişəhərə avtomobillərin girişi məhdudlaşdırılır

Oktyabrın 27-dən(2024-cü il) İçərişəhərə avtomobillə daxil olmağa icazə verilməyəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.

İstisna ancaq İçərişəhərin öz sakinlərinə, diplomatik nümayəndəliklərin avtomobillərinə, texniki xidmət üçün qalaya maşınla daxil olan personala və MKİS-in texnikasına şamil ediləcək.