Kəlbəcər tarixi və kəlbəcərlilərin nəsil şəcərələrindən bəhs edən kitab çap ediləcək

İşğaldan azad olunmuş Kəlbəcərin tarixi haqqında olan kitabın çapı həyata keçiriləcək.

Kitabın müəllifləri tarixçi-genealoq Rəzzaq Xansuvar və doktor, tədqiqatçı, xəritəşünas Ağaəli Varsamandır.

Kitabda 1831-1886-cı illərdə Kəlbəcərdə yaşayan istənilən şəxsin adı və siyahıyaalınması mövcud olacaq.

Belə ki, kimliyindən asılı hər bir Kəlbəcərli öz babalarını, əcdadlarını və Kəlbəcərin həm sənədli arxivini, tarixini həm də elmi şəkildə genetik tərkibini də öyrənə biləcək.

Kitab tarixi ensiklopedik əhəmiyyətə sahib olmaqla yanaşı kəlbəcərlilərin şəcərələrinin rekonstruksiyası və Qarabağın araşdırılmayan, gizlədilən sənədli arxiv məlumatlarının üzə çıxarılması baxımından bənzərsiz bir işdir.